Orxan Zeynalov rəsmən həbs olundu
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva şəhər məhkəməsi Orxan Zeynalovun vəkillinin onun həbs olunması ilə əlaqədar şikayətini rədd edib. Beləliklə, Moskvanın Presnenski məhkəməsinin Zeynalov barəsində çıxardığı həbs qərarı qanuni elan edilib.
Məhkəmə qərarında qeyd olunub ki, Presnenskiy məhkəməsinin Zeynalova qarşı seçilmiş həbs qətimkan tədbiri dəyişməz olaraq qalır, müdafiəçinin apellyasiya şikayəti təmin edilmir.
Qeyd edək ki, daha əvvəl məhkəmə Orxan Zeynalov barəsində dekabrın 10-na kimi həbs qətimkan tədbiri seçmişdi. Əgər onun cinayəti sübut olunarsa Zeynalovu ömürlük həbs gözləyə bilər.
AzVison.az