Gültəkin Hacıbəylinin şikayəti rədd edildi
M.Mehdiyevin sözlərinə görə, Gültəkin Hacıbəyli məhkəmə prosesində iştirak etməyib. Apelyasiya Məhkəməsi isə Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsi Mahmud Mehdiyev həftənin 4 günü 9 yaşlı oğlu Toğrul Mehdiyevlə görüşməsinə icazə verib. Bununla yanaşı Toğrul həftədə bir dəfə atasının yanında qala bilər.
Xatırladaq ki, Gültəkin Hacıbəyliyə qarşı onun keçmiş həyat yoldaşı və baldızı tərəfindən digər iddia da qaldırılıb. Həmin iddia üzrə məhkəmə prosesi oktyabrın 28-də Yasamal Rayon Məhkəməsində keçiriləcək.
AzVision.az