BMT-nin Ermənistandakı daimi nümayəndəsi Bredli Buzeto bu ölkəni belə dəyərləndirib
“Ermənistanın ən ciddi problemləri yoxsulluq və işsizlikdir”. Bunu BMT-nin Ermənistandakı daimi nümayəndəsi Bredli Buzeto deyib. Onun sözlərinə görə, bu problemlərin həlli üçün BMT kasıblıq və işsizliklə mübarizədə dünya təcrübəsini araşdırır: Qeyd edək ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin 2-ci rübündə ölkədə işsizlik səviyyəsi 16,2 % təşkil edib. Baş nazir Tiqran Sarkisyan isə əhalinin 32,5 %-nin yoxsulluq həddindən aşağı yaşadığını bildirib.