Gürcüstan MDB-yə qayıda bilər

Gürcüstan MDB-yə qayıda bilər
  25 Oktyabr 2013    Oxunub:1178
2008-i ilin avqustunda, Cənubi Osetiya ilə müharibədən sonra prezident Mixeil Saakaşvili Gürcüstanın MDB-nin tərkibindən çıxdığını bəyan etmişdi.
Belarusun prezidenti Aleksandr Lukaşenko Gürcüstanı yenidən Müstəqil Dövlətlər Birliyinə (MDB) qayıtmağa dəvət edib.

“Biz istərdik ki, Gürcüstan yenidən MDB-yə üzv olsun”- deyə MDB Dövlət Başçıları Şurasının sammitinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

Xatırladıq ki, 2008-i ilin avqustunda, Cənubi Osetiya ilə müharibədən sonra prezident Mixeil Saakaşvili Gürcüstanın MDB-nin tərkibindən çıxarılması barədə təşəbbüs irəli sürüb. Parlamentin prezidentin bu təşəbbüsünü dəstəkləməsindən sonra, Gürcüstan Xarici İşlər Naziri avqustun 18-də ölkənin üzlükdən çıxmaq istəyini MDB-nin icraiyyə komitəsinə bildirib. Bundan 12 ay sonra, 2009-cu ildə Gürcüstan rəsmən MDB-nin tərkibindən çıxarılıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti