MDB-nin növbəti sammiti Kiyevdə keçirilə bilər
Ukrayna prezidneti Viktor Yanukoviç MDB Dövlət Başçıları Şurasının növbəti sammitini 2014-cü ilin oktyabrında keçirməyi təklif edib. Yanukoviç həm də bu sammiti Ukraynanın faşist işğalçılarından azad olunmasının 70-illiyinə hsər olunmasını təklif edib.
Ukrayna dövlət başçısının sözlərinə görə, bu bayram Ukraynanda çox təntənəli qeyd olunacaq. Bu məqsədlə artıq dövlət komitəsi yaradılıb və veteranların sosial müdafiəsinin gücləndirilməsi üzrə yeni tədbirlər planı hazırlanıb.
Yanukoviç 2015-ci ilin MDB-məkanında “Böyük Vətən Müharibəsi Veteranlarının İli” elan edilməsi təklifini dəstəkləyib.
AzVision.az
Teqlər: