Yaponiyada yenidən sunami təhlükəsi

Yaponiyada yenidən sunami təhlükəsi
  26 Oktyabr 2013    Oxunub:6002
Yaponiya sahillərində 7,3 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi var.
Yaponiya sahillərindən şərqdə 7,3 bal gücündə zəlzələ baş verib. AzVision.az Reuters agentliyinə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Yaponiya sahillərindən 320 km-dən çox məsafədə, ocağı isə 10 km dərinlikdədir.

Yaponiya meteoroloqları yaxın dəqiqələrdə Fukusima prefekturasının sahillərində mümkün sunami təhlükəsi barədə xəbərdarlıq edirlər.


Teqlər:





Xəbər lenti