Təhsil kreditləri qaytarılacaq? - Nazirdən açıqlama

 Təhsil kreditləri qaytarılacaq? -  Nazirdən açıqlama
  21 Noyabr 2018    Oxunub:15609
Tələbələrə təhsil kreditlərinin verilməsi barədə müzakirələr davam edir.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, bu istiqamətdə Təhsil Nazirliyi Maliyyə Nazirliyi ilə fəal dialoqdadır.

"Büdcə müzakirələrində maliyyə naziri Samir Şərifov kreditlərin qaytarılma mexanizminin tam aydın olmamasını səsləndirmişdi. Rəy nəzərə alınmaqla alternativ sxemlər barədə düşünürük. Yaxın günlərdə hökumətə təqdim edəcəyik. Bu istiqamətdə işləri davam etdirəcəyik. Bu məsələnin müsbət həllinə kifayət qədər nikbin baxırıq", - nazir qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Tələbə  





Xəbər lenti