Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  17 Dekabr 2018    Oxunub:14383
Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5°, gündüz 5-7° isti təşkil edəcək.

Dekabrın 17-si gündüz bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Dekabrın 18-də isə ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, dağlıq ərazilərdə 7-9° şaxta, gündüz 5-9° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5° şaxta, gündüz 2-4° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerılərdə duman, çiskin olacağı, axşama doğru havanın yağıntılı olacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 5-8° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-8° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şimal-şərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-5° isti təşkil edəcək.

Azvision.az



Teqlər:





Xəbər lenti