“Müəllimdən bunu tələb etmək gülüncdür” - Nazirlik

  “Müəllimdən bunu tələb etmək gülüncdür” -    Nazirlik
  04 Yanvar 2019    Oxunub:4100
"İstedadlı şagird üçün istedadı müəllim" müsabiqəsində müəllimlərə təqdim edilən suallar beynəlxalq olimpiada üçün nəzərdə tutulmuş suallar idi.

Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
O, müəllimlərin imtahanda aşağı nəticə göstərməsinə aydınlıq gətirib. Bildirib ki, müsabiqənin məqsədi beynəlxalq olimpiadalar üçün bilik və bacarıqları müəyyən edən müəllimləri seçmək idi.

"Məqsədimiz odur ki, beynəlxalq standarta uyğun və ya yaxın tədris keçəcək müəllim varsa, onları müəyyənləşdirib qrantlar vasitəsilə kömək etməkdir. Nəticədə tək Bakıda deyil, rayonlarda da şagirdləri beynəlxalq olimpiadalar üçün hazırlaşdırsınlar. Bizim əsas məqsədimiz müsabiqədə 15-20 müəllim tapmaq idi. Hər fənn üzrə 20-30 müəllim müəyyənləşdirmişik ki, şagirdləri ilkin pillədə respublika fənn olimpiadasına hazırlaşdıra bilsinlər. Bu gün Azərbaycanın bölgə məktəbində belə müəllimlərin olması sevindiricidir. Mahiyyət etibarı ilə məktəb müəllimindən olimpiada suallarına niyə cavab vermədiyini tələb etmək gülüncdür".

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov müsabiqədə iştirak edən müəllimlərin əksəriyyətinin 50 faizdən aşağı nəticə göstərdiyini və təhsil səviyyələrinin qaneedici olmadığını deyib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti