UNEC-də növbəti “Açıq qapı” günü

UNEC-də növbəti “Açıq qapı” günü
  02 Fevral 2019    Oxunub:2370
Fevralın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Açıq qapı” günü keçirilib.
UNEC-dən Azvision.az -a bildirilib ki, tədbirin məqsədi şəffaflığın daha da artırılması, sıravi vətəndaşların, həmçinin tələbələrin müraciətlərinin dinlənilməsi, araşdırılması və qanunvericiliyin tələbləri çərçivəsində həll edilməsidir.

Müraciətlər UNEC-də işə qəbul, imtahan yekunları, təhsil haqqı, diplomun alınması məsələləri ilə bağlı olub. UNEC-in rəhbərliyi və İctimai Nəzarət Şurasının üzvləri tərəfindən hər bir müraciət diqqətlə dinlənilib, əksər məsələlər yerindəcə müsbət həll edilib, müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

Qəbulun yekunlarını qiymətləndirərkən Milli Məclisin deputatı Qənirə Paşayeva UNEC-in rəhbərliyinin müraciət edənləri diqqətlə dinlədiyini vurğulayıb.

Qeyd edilib ki, UNEC-də hər bir tələbə müraciəti dinlənilir, operativ surətdə araşdırılır, mövcud qanunvericilik çərçivəsində zəruri addımlar atılır.

Azvision.az



Teqlər: UNEC  





Xəbər lenti