Hər gün Sumqayıtdan Qubaya gedən gənc müəllim - FOTOLAR

  Hər gün Sumqayıtdan Qubaya gedən gənc müəllim -    FOTOLAR
  13 Fevral 2019    Oxunub:26267
24 yaşlı Maral Yusifova Qubanın Qəçrəş kənd tam orta məktəbində alman dili müəllimi işləyir. O, dərs keçmək üçün hər gün Sumqayıtdan Qəçrəşə qədər yol qət edir. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında 45 bal toplayan M.Yusifova Qəçrəş kənd məktəbinə təyinat alıb. Həmin vaxtdan indiyədək orada çalışır.
Gənc müəllim Azvision.az -a açıqlamasında bildirib ki, o, eyni zamanda Azərbaycan Dillər Universitetinin Alman dili ixtisası üzrə magist təhsili alır.

"Sumqayıt şəhərində yaşayıram. Hər gün Sumqayıtdan atam məni Qubaya gətirir, burada gözləyir. Dərsim bitəndən sonra Bakıya qayıdıb magistr təhsili alıram. Çətinliklərə baxmayaraq, sənətimi sevdiyim üçün bu iş məni daha da ruhlandırır. Məqsədim şagirdlərə alman dilini öyrətmək və onların dil bacarıqlarını inkişaf etdirməkdir. Şagirdlərim də dərsi yaxşı qavrayırlar", - Maral Yusifova deyib.

22 saat dərs yükü olan gənc müəllim 400 manat civarında əmək haqqı alır.







Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az



Teqlər: Quba   Məktəb   Dərs  





Xəbər lenti