Azərbaycanda işlək tələbə kredit sistemi təsis ediləcək

Azərbaycanda işlək tələbə kredit sistemi təsis ediləcək
  15 Fevral 2019    Oxunub:3157
“Təhsil Nazirliyi işlək kredit sistemi ilə bağlı bu sahəyə aidiyyəti olan qurumlarla birlikdə intensiv hazırlıq işləri keçirib və işlər bu gün də davam edir”.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov AzTV-nin “Günün nəbzi” verilişində deyib. Nazir bildirib ki, 2019-2020-ci tədris ilində Azərbaycanda işlək tələbə kredit sistemi təsis ediləcək.

“Bilirik ki, bu proses o qədər sadə deyil. Çünki tələbə kredit sistemi uzun illərə hədəflənməli və işlək sistem qurulmalı, hərtərəfli işlənmiş qanunvericilik bazası hazırlanmalıdır. Biz başa düşürük ki, tələbə kreditləri adi kreditlərdən fərqli şəkildə verilməlidir. Həmin sistem qurulan zaman beynəlxalq təcrübəyə əsasən dövlətin dəstəyi olar”.

C.Bayramov qeyd edib ki, aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə işçi qrupu fasiləsiz iş aparır: “Ümid edirəm ki, yekun layihə yaxın zamanlarda hökumətə təqdim ediləcək.

Aytən Zəhra
Azvision.az




Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti