Direktor vəzifəsinə ilkin yerləşdirmənin nəticələri
Müsabiqəyə ölkə üzrə 604 vakansiya çıxarılıb. Müsabiqədə iştirak üçün müraciət etmiş şəxslərdən 1576 nəfərin elektron ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə (imtahan mərhələsi) buraxılıb. Bu mərhələyə qatılan 1412 nəfərdən 730-u müsabiqənin sonuncu mərhələsində - müsahibədə iştirak edib.
2018-ci il dekabrın 5-dən 2019-cu il yanvarın 26-dək keçirilmiş müsahibələrin nəticəsinə əsasən, 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər müvafiq ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub və onlarla əmək müqaviləsi bağlanılıb.
Müsabiqədə uğur qazanan namizədlər fevralın 25-dən müvafiq məktəblərdə öz vəzifələrinin icrasına başlayacaqlar.
Azvision.az
Teqlər: Təhsil-Nazirliyi