Vakant vəzifələrə ərizə qəbulu davam edir

Vakant vəzifələrə ərizə qəbulu davam edir
  06 Mart 2019    Oxunub:2101
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 10 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə fevralın 28-də elan olunmuş ümumi müsahibəyə ərizə qəbulu davam edir.
DİM-dən Azvision.az -a verilən məlumata görə, martın 6-na olan məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün 33 nəfər ərizə verib. Ən çox müraciət Əqli Mülkiyyət Agentliyində (4 vakant yerə 10 nəfər) qeydə alınıb.

Qeyd edək ki, müsahibəyə çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə və məhkəmələrdə olmaqla 11-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 18-i isə B növünə (inzibati icraçı) aiddir.

Müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə martın 30-dək DİM-in internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti