Növbəti “Novruz mühazirəsi” keçirilib
Əvvəlcə mühazirə iştirakçıları 2 nömrəli tam orta məktəbin həyətində Qazax Müəllimlər Seminariyasının 100 illiyi münasibəti ilə 100 ağac əkiblər.
Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev Qazax Müəllimlər Seminariyasının elm və təhsilin inkişafında xüsusi xidməti olduğunu vurğulayıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edib ki, seminariya Azərbaycan kəndlərində savadsızlığın aradan qaldırılmasında mühüm əhəmiyyətə malik olub.
Sonra akademik Nizami Cəfərov tərəfindən “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı “Novruz mühazirəsi” təqdim olunub. O, bildirib ki, Qazax Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi illər ərzində 2862 nəfər pedaqoji mütəxəssis hazırlayıb.
Mühazirə iştirakçıları seminariyanın ilk binası ilə tanış olublar. Tədbir çərşənbə tonqalının qalanması ilə başa çatıb.
Azvision.az
Teqlər: Təhsil-Nazirliyi