Növbəti imtahanlar keçirilir

Növbəti imtahanlar keçirilir
  31 Mart 2019    Oxunub:4013
Martın 31-də Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar keçirilir.
Azvision.az xəbər verir ki, imtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq. İmtahanlar ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) birinci mərhələsində iştirak edə bilməyən, habelə orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən, eləcə də orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün keçirilir.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Yevlax, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunur. İmtahanlarda 7761 (Bakıda 2158, Naxçıvanda 403, Gəncədə 1147, Şəkidə 373, Bərdədə 919, Göyçayda 499, Şirvanda 780, Lənkəranda 840, Xaçmazda 491) nəfərin iştirakı nəzərdə tutulur.

Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti