Tələbələrin təqaüdləri ilə bağlı yeni qayda

Tələbələrin təqaüdləri ilə bağlı  yeni qayda
  03 Aprel 2019    Oxunub:3670
“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, bu barədə qərarı Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində, həmçinin magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında akademik məzuniyyət götürən doktorant və tələbələrə cari tədris semestri müddətində təqaüd tam həcmdə ödəniləcək və həmin şəxs akademik məzuniyyətdən qayıtdıqda ona təqaüd yalnız növbəti imtahan sessiyasının nəticələrinə əsasən ümumi əsaslarla veriləcək. Peşə təhsili müəssisələrində akademik məzuniyyət götürən tələbələrə təqaüdün verilməsi onlar akademik məzuniyyətə getdiyi gündən dayandırılacaq və akademik məzuniyyətdən qayıtdıqda tələbələrə təqaüdün verilməsi davam etdiriləcək.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti