Davudoğlu Ermənistana gedə bilər

Davudoğlu Ermənistana gedə bilər
  20 Noyabr 2013    Oxunub:1039
“Əhməd Davudoğlunun İrəvana getməməsi üçün heç bir səbəb yoxdur”.
AzVision.az xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmiləri “Zaman” qəzetinə açıqlamasında deyib.

“Türkiyə Ermənistanı tanıyır. Sacədə diplomatik münasibətlərimiz yodur. Prezident Abdulla Gül futbol oyunu üçün İrəvana getmişdi. Əhməd Davudoğlunun da getməməsi üçün heç bir səbəb yoxdur”.-deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Ermənistan tərəfi Türkiyənin və Azərbaycanın xarici işlər nazirlərini dekabrın 12-də İrəvanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının toplantısına dəvət edib.

AzVision.az


Teqlər:





Xəbər lenti