Azərbaycanlı məktəblilər olimpiadada 5 medal qazanıb

 Azərbaycanlı məktəblilər olimpiadada 5 medal qazanıb
  04 May 2019    Oxunub:2697
Moldovanın paytaxtı Kişinyov şəhərində 36-cı Balkan Riyaziyyat Olimpiadası (BMO 2019) keçirilir.
Azvision.az xəbər verir ki, 30 aprel – 5 may tarixlərində keçirilən olimpiadada ölkəmizi Abbas Məmmədov, Fərid İsmayılov , Fuad Anzurov, Murad Ağazadə, Ramil Cəbiyev və Anar Rzayev adlı məktəbliləridən ibarət 6 nəfərlik komanda təmsil edir.

Azərbaycanlı məktəblilər olimpiadada uğurla çıxış edib. Belə ki, komandanın üzvləri 4 gümüş, 1 bürünc medal qazanıblar

Qeyd edək ki, olimpiadada qazanılan medalların sayına görə toplanan xal tarixdə ən yaxşı nəticəmiz sayılır.



Azvision.az



Teqlər: Olimpiada   Məktəb  





Xəbər lenti