Azərbaycanlı diaspora sədri dünya çempionu oldu
32 ölkənin iştirakı ilə keçirilən dünya çempionatında idmançımız 3 növ üzrə tatamiyə çıxıb. Kişilər arasında kempo-karate növü üzrə 80+ çəki dərəcəsində döyüşən F. Əzizov Ukrayna, Konqo, Macarıstan və Kanadanı təmsil edən rəqibləri üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib, bu növ üzrə dünya kuboku və dünya kəmərinin sahibi olub.
Fərid Əzizov, həmçinin kabudo növləri üzrə 18+ yaş dərəcəsində özünümüdafiə və tərk-silahdan 1-ci yerin sahibi olub.
Kempo-karate növlərinin kata mərhələsində 18+ yaş kateqoriyasında öz gücünü sınayan idmançımız 3-cü yerdə qərarlaşıb. Beləliklə, Diaspora sədri olan Fərid Əzizov beynəlxalq turnirdə aktivinə iki qızıl və bir bürünc medal daxil edib.
Azvision.az
Teqlər: Dünya-Çempionatı Diaspor