İki azərbaycanlı döyüşçü Moldovada çempion oldu - FOTOLAR

İki azərbaycanlı döyüşçü Moldovada çempion oldu -  FOTOLAR
  13 May 2019    Oxunub:6296
Moldovanın Orhei şəhərində 7-ci Avropa qarışıq döyüş növləri üzrə çempionat keçirilib.
AzVision.az xəbər verir ki, yarışda ölkəmizi 75 kq çəki dərəcəsində təmsil edən Əli Mirzəyev və Tural Əliyev (81 kq) qızıl medala layiq görülüb. Bu nəticə ilə 17 ölkənin iştirak etdiyi çempionatda Azərbaycan komandası 3-cü yerə çıxıb.

Qeyd edək ki, yarışda Azərbaycan 5 idmançı ilə təmsil olunub.







AzVision.az



Teqlər: S-1   Döyüş  





Xəbər lenti