Şəfəq Hüseynliyə Avropa Şurasında etimad göstərildi

Şəfəq Hüseynliyə Avropa Şurasında etimad göstərildi
  13 May 2019    Oxunub:2881
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurasının “İnsan hüquqları və idmançılar” üzrə xüsusi işçi qrupunun sədr müavini seçilib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, bu qərar Buxarestdə 7-8 may tarixlərində keçirilən Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq qrupunun 50-ci iclasında qəbul edilib.

"“İnsan hüquqları və idmançılar” qrupunun tərkibinə sədr, sədr müavini və 8 ölkələrin nümayəndələrindən ibarət üzvlər daxildir. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Venesiya Komissiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər Avropa Şurası təşkilatlarının nümayəndələri də daxil ediləcəkdir. Əlavə olaraq, Avropa İttifaqı, YUNESKO və WADA qurumları müşahidəçi qismində öz nümayəndələrini təyin edəcək. Qrupun əsas məqsədi antidopinq qaydalarının tətbiqi zamanı idmançıların hüquqlarının effektiv təmin edilməsi, onların ədalət mühakiməsinə maneəsiz çıxışı, insan hüquqlarının idmanda dopinqə qarşı mübarizədə qorunması və bu sahədə digər sənədlərin və təkliflərin hazırlanmasıdır".

Məlumatda qeyd edilib ki, həmçinin Ş.Hüseynli 6-7 may tarixlərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 46-cı iclasında da iştirak edib. Bu görüşdə müzakirə edilən əsas məsələlərdən biri mayın 14-də Monreal şəhərində keçiriləcək WADA-nın növbəti prezident seçkisinə hazırlıq olub.

Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.

Azvision.az




Teqlər: AMADA  





Xəbər lenti