Müəllim və valideynlərin müraciətlərinə baxılacaq

Müəllim və valideynlərin müraciətlərinə baxılacaq
  14 May 2019    Oxunub:1989
Mayın 17-də paytaxtın Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azvision.az -a verilən məlumata görə, 286 nömrəli tam orta məktəbdə (Ünvan: Dadaş Bünyadzadə küçəsi 1) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək. Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Azvision.az



Teqlər: BŞTİ  





Xəbər lenti