Bu il sənəd verməyən məzunlar üçün yeni şans

Bu il sənəd verməyən məzunlar üçün yeni şans
  23 May 2019    Oxunub:2670
Ali məktəbə qəbul üçün bu il sənəd verməyən kollec məzunlarının universitetə daxil olması ilə bağlı əlavə sənəd qəbulu elan ediləcək.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nərminə Bayramova deyib.

Onun sözlərinə görə, 2019-2020-ci tədris ilində ali məktəblərə qəbul kampaniyasına başlanılıb və müəyyən mərhələ başa çatıb:

"Lakin vətəndaşlar Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərarların onlara şamil olunmayacağından narahat olmasınlar. Artıq Təhsil Nazirliyi ilə birgə həmin qərarın icrası istiqamətində müvafiq tədbirlərin görülməsinə başlanılıb. Məsləhət görürük ki, kollec məzunları Dövlət İmtahan Mərkəzinin rəsmi saytını izləsinlər. Əgər kollec məzunu ali məktəbə qəbul üçün sənəd verib, imtahanlarda iştirak edib müəyyən nəticə əldə edibsə, onun müsabiqədənkənar qəbul şansı qüvvədə olacaq".

Aytən Zəhra
Azvision.az




Teqlər: DİM   Kollec   Məzun  





Xəbər lenti