Gürcüstanda futbolçular arasında kütləvi dava olub

 Gürcüstanda futbolçular arasında kütləvi dava olub
  25 May 2019    Oxunub:2449
Gürcüstan milli çempionatının 15-ci turunda üz-üzə gələn “Sioni” və “Rustavi” komandaları arasında kütləvi dava olub.
AzVision.az xəbər verir ki, futbolçuların davasına azarkeşlər də qoşulublar. Belə ki, “Rustavi” komandasının vurduğu 3-cü qoldan sonra Bolnisi təmsilçinin futbolçuları hakimdən qolu ləğv etməyi tələb ediblər. “Rustavi”nin oyunçuları buna etiraz etdikdə tərəflər arasında dava düşüb.

Meydançaya azarkeşlərin daxil olması vəziyyəti daha da gərginləşdirib. Qarşıdurma zamanı xəsarət alanlar olub. Hakim hər iki komandadan iki oyunçunu meydandan qovub.

Qeyd edək ki, matç 3:3 hesablı “sülhlə” yekunlaşıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Futbol   Dava  





Xəbər lenti