Sotomayor qızıl, Alfonso isə bürünc medal qazanıb

Sotomayor qızıl, Alfonso isə bürünc medal qazanıb
  26 May 2019    Oxunub:2876
Çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisinə yekun vurulub.
Azvision.az xəbər verir ki, yarışa 4 idmançı ilə qatılan Azərbaycan yığması 1 qızıl və 1 bürünc medal qazanıb.

Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) çempion tituluna yiyələnib. "Rio-2016"nın gümüş medalçısı finalda norveçli Hadi Srourla döyüşüb və rinqdən qələbə ilə ayrılıb.

Komandamızın aktivinə digər medalı isə Alfonso Dominqes (81 kq) yazdırıb. O, ikidəbir finalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusa məğlub olduğundan bürünc medalla kifayətlənib.

Azvision.az



Teqlər: Boks   Çexiya   Yarış   Medal  





Xəbər lenti