İki gimnastımız Dünya Kubokunda qızıl medal qazanıb

 İki gimnastımız Dünya Kubokunda qızıl medal qazanıb
  02 İyun 2019    Oxunub:3404
Ötən həftə Osiyekdə (Xorvatiya) idman gimmnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kuboku yekunlaşaraq, estafeti Sloveniyanın Koper şəhərinə təhvil verdi. Təmsilçilərimiz bu yarışda da uğurlu çıxışları ilə fərqlənməyi bacarıblar.
Azərbaycan Gimnastika Federasiyasından Azvision.az -a verilən məlumata görə, ötən gün baş tutan final yarışlarında gimnastlarımız Marina Nekrasova və Nikita Simonov iki qızıl medal qazanaraq, “Bonifika” idman arenasında bir gündə iki dəfə Dövlət Himnimizi qürurla səsləndiriblər.

Millimizin hesabına ilk qızılı Marina yazdırıb. Dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal alan gimnastımız, öz sevimli alətində bütün rəqiblərini üstələyib.

Çox keçmədən daha bir qızıl xəbəri Nikitadan gəlib. Təmsilçimizin halqalardakı çıxışı ona bu dəfə də birinciliyi qazandırıb. Gözləntiləri maksimum doğruldan Nikita, çıxışının yekununda 14.600 xal alaraq, fəxri kürsünün ilk pilləsində qərarlaşıb.

Azvision.az



Teqlər: Dünya-Kuboku   Qızıl-Medal   Gimnast  





Xəbər lenti