Çeferin Bakı finalı ilə bağlı önəmli açıqlama verdi
Azvision.az xəbər verir ki, Çeferin Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsində “Çelsi” ilə “Arsenal” arasında oynanılan finalın Bakıya salınmasının doğru addım olduğunu deyib.
Çeferin “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya səfərdən imtina etməsinə yenidən münasibət bildirib:
“Mxitaryan məsələsinə gəlincə, biz Azərbaycanın futbol federasiyasının və hökumətinin bütün zəmanətlərini almışdıq. Buna baxmayaraq, futbolçunun Bakıya getməməsi ilə bağlı qərarına da hörmətlə yanaşırıq”.
Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən final oyunu "Çelsi"nin "Arsenal" üzərində 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Azvision.az