Moskvada azərbaycanlı sürücülər tutuldu

Moskvada azərbaycanlı sürücülər tutuldu
  26 Noyabr 2013    Oxunub:1378
Həmyerlilərimizin işi məhkəməyə göndərilib.
Sərnişin daşımaları sahəsində qaydaların pozulması hallarının aşkar edilməsi çərçivəsində Rusiya DİN əməkdaşları polislə birgə Moskvada, “Zaslon -2” adlı reyd keçirib.

AzVision.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Moskva dairəsində aparılan reyd nəticəsində polis əməkdaşları qanunsuz fəaliyyət müqabilində sərnişinlərdən pul aldıqlarına və lisenziyası olmadan sərnişin daşıdıqlarına görə 15 vətəndaşı saxlayıb.

Saxlanılanlar arasında yerli Moskva sakinləri ilə yanaşı, iki Azərbaycan vətəndaşı da var. Məlumata görə, qaydanı pozanlar, o cümlədən həmyerlilərimiz barəsində müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti