Məhkəmə hökumətin qərarının qanuniliyinə baxacaq

Məhkəmə hökumətin qərarının qanuniliyinə baxacaq
  27 Noyabr 2013    Oxunub:1053
Kiyev məhkəməsi hökumətin Aİ üzrə qanunsuz sərəncamı ilə bağlı işə baxacaq.
Kiyev İnzibati dairə məhkəməsi Ukrayna Avropa Partiyasının hökumətin Ukrayna və Avropa İttifaqı (Aİ) arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlığın dayandırılmasına dair sərəncamının qanunsuz olmasının tanınması barədə iddiasını baxmaq üçün qəbul edib.

AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, məhkəmə iddiayaya dekabrın 10-da baxacaq.

İddiaçı tərəf qismində çıxış edən Avropa Partiyası hökumətin adıçəkilən sərəncamının qanunsuz və etibarsız olmasını tanımağı tələb edir. İddiaçı tərəfin fikrincə, hökumətin sərəncamı Ukraynanın bir sıra qanunları ilə ziddiyyət təşkil edir və ölkə vətəndaşlarının hüquqlarını pozur.


Teqlər:





Xəbər lenti