Xarici ali təhsil ixtisaslarının tanınması müvəqqəti dayandırılır

Xarici ali təhsil ixtisaslarının tanınması müvəqqəti dayandırılır
  13 İyun 2019    Oxunub:2186
Nostrifikasiya üzrə müraciətlərə baxılması prosesi müvəqqəti dayandırılır
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan Azvision.az -a verilən məlumata görə, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq.

Buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

Müraciətlərə baxılması sentyabrın 1-dən etibarən növbəlilik prinsipi əsasında davam etdiriləcək.

Qeyd edilən müddət ərzində istisna hal olaraq yalnız hərbi xidmətdə olacaq şəxslər sənədlərinə fasiləsiz olaraq baxılması üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti