Nazir dərslərin sentyabrın 1-də başlaması təklifinə “yox” dedi

Nazir dərslərin sentyabrın 1-də başlaması təklifinə “yox” dedi
  14 İyun 2019    Oxunub:6383
Təhsil naziri Ceyhun Bayramov dərslərin sentyabrın 1-dən başlanması ilə bağlı sosial şəbəkələrdə ona ünvanlanan müraciətlərə münasibət bildirib.

Azvision.az -ın məlumatına görə, C.Bayramov bildirib ki, nazirliyinin bununla bağlı rəsmi mövqeyi dəfələrlə açıqlanıb.
"2015-ci ildən etibarən Nazirlər Kabinetinin müvafiq qərarı ilə tədris ili sentyabrın 15-i başayaraq, iyun ayının 14-ə kimi davam edir. Artıq yeni hazırlanan dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üçün nəzərdə tutulur. Bu illər ərzində yenilənməmiş dərsliklərlə bağlı Təhsil İnstitutu tərəfindən metodik tövsiyələr hazırlanaraq yerlərə göndərilib ki, mövcud dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üzrə təşkil olunsun".

Nazir, həmçinin qeyd edib ki, dərs ilinin müddəti dəyişdirilərkən orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb.

"Sentyabrın ayının ilk 2 həftəsi ilə iyun ayının ilk 2 həftəsinin orta aylıq temperaturları arasında fərq yoxdur. Orta aylıq temperatur hesablanarkən son 10 ilin temperaturu nəzərə alınıb. Digər göstərici isə havanın rütubətliliyi ilə bağlıdır. Havada rütubət nə qədər çox olarsa, isti havanı keçirmək bir o qədər çətin olur. Sentyabrın ayının əvvəlində olan rütubət göstəricisi iyun ayının əvvəlində olan göstəricidən yüksəkdir".

Aytən Zəhra
Azvision.az




Teqlər: Ceyhun-Bayramov   Təhsil-Naziri  





Xəbər lenti