Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıb

Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıb
  14 İyun 2019    Oxunub:2281
Azərbaycan Prezidentinin Sərəncamına əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bu məlumat Təhsil Nazirliyinin 2018-2019-cu tədris ilinin yekunu ilə bağlı hesabatında əksini tapıb.

Hesabatda bildirilir ki, bununla yanaşı, doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə edib. Hazırda universitetlərdə tələbələrin 42 faizi, kolleclərdə 41 faizi, peşə təhsili müəssisələrində 81 faizi təqaüdlə əhatə olunub.

I və II dərəcə əlilliyi olan, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə Azərbaycan Prezidentinin Sərəncamı imzalanıb. Hazırda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır

Azvision.az



Teqlər: Təhsil   Təqaüd  





Xəbər lenti