AKP Şokdadır: Ərdoğanın partiyasında seks QALMAQALI

AKP Şokdadır: Ərdoğanın partiyasında seks QALMAQALI
  27 Noyabr 2013    Oxunub:1249
Türkiyənin “Sözçü” qəzetinin tanınmış köşə yazarı Emin Çölaşanın sonuncu yazısı ölkə gündəmini qarışdırıb

AzVision.az xəbər verir ki, jurnalist yazısında hakim partiya ilə bağlı böyük qalmaqal yaradacaq sensasiyalı məqamlara toxunub. Yazar əlində AKP üzvlərinin seks kasetlərinin olduğunu iddia edib.

E.Çölaşan vurğulayıb ki, bu görüntülərdə yataq səhnələri, həmin qadın və kişilərin adları və telefon nömrələri yer alıb.

“Bizə hər gün onlarla zərf gəlir. Amma bu zərfin içərisindəkilər bir başqa idi. Türkiyədə vəzifəli bir şəxsin yataq səhnələri... Görüntüləri istər-istəməz izlədik və həmin anda lazım olanı etdik, kaseti məhv etdik. Amma bu videogörüntülərin başqa qəzetlərə göndərilməyəcəyindən əmin deyilik”.

Yazıda daha sonra qeyd olunur: “Hörmətli oxucularım, bu görüntülərdən sonra belə bir fikir ortaya çıxır. Türkiyədə indiki iqtidarın hakimiyyəti dövründə Türkiyə belə idarə olunur. Bir tərəfdən qızla oğlan bir yerdə təhsil almasın, bu fahişəlikdir, onları bir-birindən ayıraq, məktəblərdə Quran dərsləri keçirilsin, hər kəsə din dərsi verək çağırışları edilir. Digər tərəfdən də, qeyri-qanuni telefon dinləmələri, partiya mənsublarının yataq səhnələri və s.daha nələr-nələr. İndi siz Allahın işinə baxın ki, fahişəlikdən danışanların kaseti indi əllərdə gəzir. Bu xəmir hələ çox su aparacaq”.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti