Azərbaycanlı və rusiyalı gənclərin forumu başladı

Azərbaycanlı və rusiyalı gənclərin forumu başladı
  27 Noyabr 2013    Oxunub:1049
Azərbaycanlı və Rusiyalı gənclərin III Beynəlxalq Gənclər Forumu öz işinə başladı.
Gənclər və İdman Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu gün Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznıy şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” lll Beynəlxalq Gənclər Forumu öz işinə start verdi.

Açılış mərasimində çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, gənclər və idman nazirinin müavini İntiqam Babayev forumun keçirilməsində yaradılan şəraitə görə təşkilatçılara təşəkkürünü bildirdi.
İntiqam Babayev: “Bu səpkili forumlar əməkdaşlığın daha sıx müzakirəsi və inkişafı istiqamətində böyük əhəmiyyət kəsb edir. Fikir mübadilələrinin aparıldığı bu forum yeni layihə və ideyaların gerçəkləşməsinə təkan verir. ”
Forumun keçirilməsində əsas məqsəd yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, mədəniyyətlərarası dialoqu dəstəkləmək, gənc nəslin regionun dinc və davamlı inkişafında, konfliktlərin həllində, məlumatın yaradılmasında və ötürülməsində məsuliyyətini artırmaqdır.

Qeyd edək ki, 28 noyabr tarixinədək davam edəcək “Yeni nəsil: sərhədsiz məsuliyyət” lll Beynəlxalq Gənclər Forumuna Azərbaycan 50 nəfərlik nümayəndə heyəti ilə qatılıb.

Qeyd edək ki, 2011-ci və 2012-ci illərdə “Yeni nəsil: sərhədsiz məsuliyyət” Beynəlxalq Gənclər Forumu (I və II) Bakı şəhərində keçirilmişdir.


Teqlər:





Xəbər lenti