Karateçilərimizdən uğurlu nəticə

Karateçilərimizdən uğurlu nəticə
  18 İyun 2019    Oxunub:1946
İyunun 14-16-da Qazaxıstanın paytaxtı Astanada karate (WKF) üzrə “Qazaxıstan Open” turniri keçirilib.
Azvision.az xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan yığma komandası 2 qızıl, 2 gümüş və 6 bürünc medala layiq görülüb.

Yığma komandamızın heyətində Qazaxıstana yollanan “Judo Club 2012”nin üzvü Fidan Dadaşova (48 kq) da mükafatçılar sırasında yer alıb. Təmsilçimiz 14-15 yaşlı yeniyetmələrin yarışında gümüş medala sahib çıxıb.

“Qazaxıstan Open” turnirindən sonra karateçilərimiz Macarıstanın paytaxtı Budapeştə yollanıblar. Təmsilçilərimiz burada karate (WKF) üzrə dünya məktəblilərarası “Combat Games 2019” beynəlxalq turnirində mübarizə aparacaqlar.

İyunun 20-dək davam edəcək nüfuzlu yarışda “Judo Club 2012”nin üzvlərindən Kənan Babayev (68 kq), Fərid Ağayev (76 kq) və Fidan Dadaşova (48 kq) da qüvvəsini sınayacaq.

Azvision.az


Teqlər: Karate  





Xəbər lenti