Rusiyanın yeni planı: Miqrantlara nələr öyrədiləcək?

Rusiyanın yeni planı: Miqrantlara nələr öyrədiləcək?
  27 Noyabr 2013    Oxunub:1239
Rusiya federal miqrasiya xidməti miqrantların müvəqqəti saxlanma bazasının əsasında miqrantların uyğunlaşdırılma mərkəzi yaradıb.

İlk dəfə olaraq Tambov şəhərində açılan bu mərkəz 4 blok və 36 otaqdan ibarətdir. Mərkəzdə 100-ə yaxın miqrant məskunlaşa bilər. Buradan avtobus miqtrantları hər gün işə aparır və geri qaytarır. Onların əksəriyyəti tikinti sahəsində işləyənlərdir. Lakin bu mərkəzə düşə bilmək üçün miqrantın işləmə icazəsi, tibbi sığortası olmalıdır. Yaş məhdudiyyəti də var. 20-30 yaş arası. Miqrantlara minimal rus dili bilikləri də öyrədilir.

Xüsusi hazırlanmış kitablar vasitəsilə miqrantlara Rusiya tarixi və qanunvericiliyi 9 aylıq proqram çərçivəsində öyrədilir. Tambov Miqrasiya xidməti rəisinin müavini Olqa Vorobyova deyir, miqrantlar əlbəttə ki, bizim ölkəmizə gələcəklər: "Lakin küçələrimizdə necə bir miqrantın gəzməsi bizdən asılıdır. Biz onu yaşayacağı yerə uyğunlaşdırmalıyıq".

Yaxın bir il ərzində daha 20 belə mərkəzin açılacağı gözlənilir. Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin baş idarəsi miqrtantların qeyri-qanuni yaşadığı yerlər barədə hüquq mühafizə orqanlarına məlumat verilməsi ilə bağlı yerli sakinlərə müraciət edib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti