Merkel: Ukrayna üçün Avrointeqrasiya yolu hələ də açıqdır

Merkel: Ukrayna üçün Avrointeqrasiya yolu hələ də açıqdır
  28 Noyabr 2013    Oxunub:1379
Angela Merkel: Ukrayna üçün Avropaya inteqrasiya yolu hələ də açıqdır.

Avropaya inteqrasiya yoluna qoşulmaq təklifi Ukrayna üçün qüvvədə qalır. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel deyib.

Onun sözlərinə görə, "Şərq tərəfdaşlığı" xətti üzrə Ukraynaya Avropaya inteqrasiya yoluna qoşulmaq üçün təklif göndərilib: "Biz bundan sonra Ukraynanı dəvət edəcəyik".

A.Merkel bildirib ki, Kiyevin Brüssellə yaxınlaşması hazırda Rusiyadan aralanmaq kimi başa düşülür: "Bu və ya digər yanaşmanın mümkün olduğu məsələnin belə qoyuluşu düzgün deyil. Həmişəki kimi Moskva Berlin üçün strateji tərəfdaş qismində maraq kəsb edir".
Bu aralda etirazlar səngiməyən Kiyevdə Avropa İttifaqı ilə assosiasiya haqqında sazişin imzalanmasının dayandırılmasına Müstəqillik meydanında etiraz edən tələbələr kolon şəklində Prezident Administrasiyasına tərəf yürüşə hazırlaşırlar.

Bu barədə təşkilatçıların sosial şəbəkəsində deyilir.

Məlumata görə, 12 universiteti təmsil edən təqribən 15 min tələbə 20 dəqiqədən sonra assosiasiya haqqında sazişi imzalamaq tələbi ilə bağlı müraciəti Prezident Viktor Yanukoviçə təqdim etmək üçün meydandan Adminstrasiyaya tərəf yollanacaq.

Qeyd edək ki, Ukrayna hökuməti ötən cümə axşamı rəsmi Kiyevlə Avropa İttifaqı (Aİ) arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlığın dayandırılmasına dair qərar qəbul etmişdi.


Teqlər:  





Xəbər lenti