Bu gün “Şərq tərəfdaşlığı” sammiti işə başlayır
Noyabrın 28-də Litvanın paytaxtı Vilnüsdə “Şərq tərəfdaşlığı” sammitinin açılışı gözlənilir. Sammit öncəsi dövrün ən yaddaqalan hadisəsi Ukraynanın qəfil addım ataraq Avropa Birliyi (AB) ilə assosiasiya sazişini imzalamaqdan imtina etməsi olub.
Hazırda sammitin gündəliyində Gürcüstanla və Moldova ilə sazişlərin bağlanması gözlənilir. Gürcüstanla sazişə azad ticarət barədə anlaşma da daxildir. Avropa Komissiyasından verilən məlumata görə, sammitdə Gürcüstanla böhranların nizamlanması üzrə AB əməliyyatlarında iştirak barədə çərçivə sazişi imzalanacaq, həmçinin Ukrayna ilə vahid aviasiya zonası barədə saziş yenilənəcək.
Samitin saytında yerləşdirilən məlumata görə, Vilnüsə tərəfdaşlığın iştirakçısı olan altı ölkənin - Ermənistanın, Azərbaycanın, Belarusun, Gürcüstanın, Moldavanın və Ukraynanın nümayəndə heyətləri gələcək. Sazişlərin imzalanması noyabrın 29-a nəzərdə tutulub.
AzVision.az