Abituriyentlərin 46.4 faizi 200-dən az bal toplayıb

Abituriyentlərin 46.4 faizi 200-dən az bal toplayıb
  21 İyun 2019    Oxunub:2217
2018-ci ildə I - IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 46.4 faizi 200-dən az bal toplayıb.

Azvision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.
Bildirilib ki, ötən il abituriyentlərin 46.4 faizi imtahandan 0-199, 18.4 faizi 200-299, 23.6 faizi 300-499, 11.7 faizi isə 500-700 bal toplayıb. 2017-ci ildə bu göstəricilər müvafiq olaraq, 48.7 faiz, 18.4 faiz, 22.9 faiz, 10.0 faiz olub.

Qeyd olunub ki, 2018-ci ildə 0-199 bal toplayanların faiz nisbəti 2017-ci illə müqayisədə azalıb. 200-299 bal toplayanların faizi dəyişməyib, 300-499 və 500-700 bal toplayanların faizi isə artıb: “Ötən il Ağsu, Xızı, Astara, Daşkəsən, Lerik, Ağdaş, Şabran, Sabirabad və Samux rayonlarının məzunlarını təmsil edən abituriyentlərin 30 faizindən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”.

Aytən Zəhra
Azvision.az



Teqlər: DİM   İmtahan   Qəbul  





Xəbər lenti