Yerevanda Putin əleyhinə təbliğat başladı
Yerevanın polis rəisi Vladimir Qasparyan Vladimir Putinə qarşı etiraz mitinqləri çağırışlarına “fəlsəfi” yanaşır. Bu barədə o, media mənsublarında birinə müsahibəsində bildirib.
Nəzərinizə çatdıraq ki, Rusiya Federasiyasının prezidentinin Ermənistana səfəri barədə heç bir rəsmi məlumat verilməyib. Qeyri-rəsmi informasiyalara əsasən, Rusiya dövlət başçısının Ermənistana səfəri dekabrın 2-dən etibarən başlayacaq. Putinin Gümrüyə, ardınca isə Yerevana səfər edəcəyi bildirilib. Hətta Ermənistan prezidenti Serj Sarkisyan Putinin gəlişi münasibəti ilə bütün keçilməz yolları təmir etdirir.
Qeyd edək ki, artıq sosial şəbəkələrdə Putinə qarşı etiraz çağırışlarına səsləyən mesajlar yerləşdirilib. Bu barədə xəbərləri şərh edən Vladimir Qasparyan ölkə əhalisinin demək olar ki, yarısının bu çağırışlara qoşulmaq niyyətində olduğunu təsdiq edib. Bununla yanaşı, o, bildirib ki, polis istənilən neqativ halın qarşısını almağa hazırdır.
Buradan belə məlum olur ki, yeni il ərəfəsi Ermənistanı etiraz dalğası bürüyəcək. Çox güman ki, bu aksiyalar qarşıdurmalarsız ötüşməyəcək.
Səbinə Həsənova
AzVision.az