Azərbaycan II Avropa Oyunlarında 14-cü medalını qazanıb

Azərbaycan II Avropa Oyunlarında 14-cü medalını qazanıb
  27 İyun 2019    Oxunub:1927
Azərbaycanın sərbəst güləşçisi Cəmaləddin Məhəmmədov Minskdə keçirilən ikinci Avropa Oyunlarında bürünc medal qazanıb.
Azvision.az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində yer alan təcrübəli pəhləvanımız üçüncü yer uğrunda görüşdə rumıniyalı Rares Kintoana 12:2 hesabı ilə.qalib gəlib.

Bununla da Azərbaycanın aktivindəki medalların sayı 14-ə çatıb. Onların 1-i qızıl, 4-ü gümüş, 9-u bürünc medaldır.

Azvision.az


Teqlər: Güləş   Belarus  





Xəbər lenti