"PSJ" Neymarı satmaqdan imtina edib

"PSJ" Neymarı satmaqdan imtina edib
  27 İyun 2019    Oxunub:1876
Fransanın "PSJ" klubu braziliyalı hücumçusu Neymarı "Barselona"ya satmaqdan imtina edib.
Azvision.az xəbər verir ki, "PSJ" futbolçunun keçmiş komandası ilə danışıqlardan imtina edib. Buna baxmayaraq, braziliyalı ulduzun iyulun 7-də klubdan ayrılmaq istədiyini rəsmən bəyan edəcəyi gözlənilir.

Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona" "PSJ"yə keçib. Onun Fransa klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Kənan Məmmədov
Azvision.az


Teqlər: PSJ   Barselona   Futbol   Neymar   Transfer  





Xəbər lenti