Hacı Əliyev finalda olimpiya çempionuna qarşı

Hacı Əliyev finalda olimpiya çempionuna qarşı
  27 İyun 2019    Oxunub:6559
Xəbər verdiyimiz kimi, “Minsk 2019”un sərbəst güləş yarışlarında 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev finala yüksəlib.

Azvision.az -ın məlumatına görə, bu gün keçiriləcək final görüşündə güləşçimiz Gürcüstan təmsilçisi Vladimer Xinçeqaşvili ilə üz-üzə gələcək.
H.Əliyev rəqibinin olimpiya çempionu olduğunu deyib: "Finaldakı rəqibim olimpiya çempionu gürcü idmançısıdır. Ona iki-üç dəfə uduzmuşam. Güclü güləşçidir, çalışacağam ki, bu dəfə qalib mən olum".

Qeyd edək ki, üçqat dünya və üçqat Avropa çempionu olan Hacı Əliyev ikinci Avopa Oyunlarında iki erməni güləşçisini məğub edib. O, həmçinin “Rio 2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, “Bakı 2015” birinci Avropa Oyunlarının qalibi olub.

Azvision.az


Teqlər: Hacı-Əliyev   Final   Güləş  





Xəbər lenti