3 qadın güləşçimiz “Minsk 2019”-un yarımfinalında
Mariya Stadnik mübarizəyə 1/4 finaldan başlayıb və ilk görüşdə cəmi 52 saniyəyə polşalı rəqibinə qalib gələrək yarımfinala yüksəlib.
Alyona Kolesnik yarışa macar rəqibi üzərində parlaq qələbəylə başlayıb. Ancaq Kolesnik 1/4 finalda Bolqarıstan idmançısına məğlub olub.
Elmira Qəmbərova ilk mərhələdə Almaniya təmsilçisinə qalib gəlib. Həmyerlimiz ardınca Polşa təmsilçisini çətinlik çəkmədən yolundan kənarlaşdıraraq yarımfinala vəsiqə qazanıb.
Səbirə Əliyeva üçün də start çox uğurlu alınıb. Həmyerlimiz çətinlik çəkmədən yunan həmkarını üstələyib. Daha sonra britaniyalı rəqibinə gücünü göstərən Əliyeva adını yarımfinala yazdırıb.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Azvision.az
Teqlər: Minsk:2019 Güləş