Karateçilərimiz Minskə yola düşüblər
Karateçilər Minskin “Çijovka Arena” kompleksində yarışacaqlar. Səkkiz idmançı iki qrupda uğrunda mübarizə aparacaq. Hər qrupdan iki ən güclü karateçi yarımfinalda qarşılaşacaq. Qaliblər ikinci Avropa Oyunlarının qızıl, məğlub olan idmançılar isə bürünc medalı uğrunda mübarizə aparacaqlar. Hər çəki dərəcəsində Oyunların 8 iştirakçısından 6-sı idmançı təsnifat xalları ilə seçilib. Qalan iki karateçidən biri təşkilatçı ölkə, digəri isə Avropa Karate Federasiyası (EKF) tərəfindən təyin olunub.
Karate yarışlarını idarə edən ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Cahangir Babayev də var. İdmançılarla bir yerdə Minskə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, baş katib Mirhəsən Seyidov, idarə heyətinin üzvü Fizuli Musayev, eləcə də baş məşqçilər Bahəddin Kandaz (kumite), Vahid Ayvazov (kata), böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və karateçilərin fərdi məşqçiləri də yola düşüblər.
Azvision.az
Teqlər: Karate Minsk-2019