Rusiyanın Suriyadakı səfirliyi atəşə tutuldu, ölən var

Rusiyanın Suriyadakı səfirliyi atəşə tutuldu, ölən var
  28 Noyabr 2013    Oxunub:1111
Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub, ölən və yaralananlar var.

Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə diplomatik nümayəndəliyin əməkdaşı bildirib.

Onun sözlərinə görə, atəş nəticəsində heç kəs xəsarət almayıb.

Səfirliyin nümayəndəsi deyib ki, diplomatik missiyanın yerləşdiyi rayon bu gün minaatanlardan intensiv atəşə məruz qalıb: "Minalardan biri səfirliyin ərazisində partlayıb. Xəsarət alan yoxdur. Partlayış baş verən yerə maddi ziyan dəyib. Daha bir mina isə səfirlik ərazisindən kənarda partlayıb".

İlkin məlumata görə, hadisə nəticəsində bir suriyalı ölüb, 9 nəfər, o cümlədən səfirliyin suriyalı mühafizəçiləri xəsarət alıb.


Teqlər:





Xəbər lenti