Rusiya pilotsuz təyyarələrdən üz döndərir

Rusiya pilotsuz təyyarələrdən üz döndərir
  29 Noyabr 2013    Oxunub:1211
Putin: “Rusiya digər ölkələr kimi, pilotsuz təyyarələrdən geniş miqyasda istifadə etməyəcək. Ona görə ki, “bu, kompyüter oyunu deyil”.
AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federasiyasının prezidenti Vladimir Putin hərbi-hava qüvvələrinin inkişafı üzrə müşavirədə bildirib.

“Hazırda pilotsuz təyyarələrdən dünyada geniş istifadə olunur. Lakin biz digər dövlətlər kimi, hərəkət etməyəcəyik. Bu, kompyuter oyunu deyil, ciddi hərbi komplekslərdir: zərbəçi, kəşfiyyatçı... Və təbii ki, onların yaxşı perspektivi var”, - deyə RF dövlət başçısı qeyd edib.

V. Putin xatırladıb ki, 2013-cü ildə dövlət müdafiə sifarişi çərçivəsində ordu 86 təyyarə və 100-dən çox helikopterlə təchiz olunub. Gələn il daha 120 təyyarə və 90 helikopterin verilməsi planlaşdırılır. 2020-ci il üçün isə hərbi-hava qüvvələri təqribən 1,6 min ədəd yeni texnika almalıdır.

Beləliklə, orduda yeni hava qüvvələri texnikasının payı 70% çatacaq. Prezident təyin edilmiş müddəti nəzərə almağı və istehsal keyfiyyətini diqqətlə izləməyi tapşırıb.


Teqlər:





Xəbər lenti