“Minsk 2019”da Azərbaycanın 20-ci medalı

“Minsk 2019”da Azərbaycanın 20-ci medalı
  29 İyun 2019    Oxunub:2039
Azərbaycanın qadın güləşçisi Elmira Qəmbərova II Avropa Oyunlarının finalında Ukrayna təmsilçisi Yuliya Tkaçla qarşılaşıb.
Azvision.az xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə rəqibinə uduzaraq gümüş medalla sahib olub.

Bununla da, Avropa Oyunlarında Azərbaycanın qazandığı medalların sayı 20-yə (3 qızıl, 6 gümüş və 11 bürünc medal) çatıb.

Azvision.az



Teqlər: Güləş   Qadın   Minsk-2019  





Xəbər lenti