Vakant dövlət qulluğuna müsahibə davam edir

Vakant dövlət qulluğuna müsahibə davam edir
  06 İyul 2019    Oxunub:1911
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 12 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (57 vəzifə) növünə aid olan 59 vakant vəzifənin tutulması üçün iyunun 28-də başlayan müsabiqənin müsahibə mərhələsi davam edir.
DİM-dən Azvision.az -a verilən məlumata görə, iyunun 6-sı saat 11:35-ə olan məlumata görə, müsahibədə iştirak edən namizədlərdən 4 nəfər İqtisadiyyat Nazirliyində, 3 nəfər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində, 2 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyində,1 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələri iyulun 19-da başa çatacaq.

Qeyd edək ki, mayın 16-da elan olunmuş müsahibədə iştirak etmək üçün 264 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (9 vakant yerə 117 namizəd) qeydə alınıb.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti